Yuxarı

İcra nümayəndəsinin bacısı "Flora Baku"nu sökdürür? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra nümayəndəsinin bacısı "Flora Baku"nu sökdürür? - Video

Bakının Yasamal rayonunda yerləşən "Flora Baku" musiqi məkanının sökülmə təhlükəsi ilə üzləşdiyi iddia olunur.

Axar.az Bakupost-a istinadla xəbər verir ki, bu barədə ötən gün məkanın sosial media hesabında paylaşım edilib.

Qeyd olunub ki, problem qonşuluğa yeni köçən qadının məkandan şikayətindən sonra yaranıb. Bildirilib ki, qadın özünü icra nümayəndələrindən birinin bacısı kimi təqdim edərək məkanın fəaliyyətini dayandırmasını tələb edib. O, həmçinin məkanı narkomaniya və əxlaqsızlığı təbliğ etməkdə ittiham edib.

"Keçən həftə bizə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın və fəaliyyətinizi dayandırın. Biz də ondan bunun səbəbini soruşduq. Məlum oldu ki, həmin qadın qonşumuzdur və bura yeni köçüb. Sonda isə bizə bildirdi ki, hansısa icra nümayəndəsinin bacısıdır. Bizi narkomaniya ilə məşğul olmaqda və əxlaqsızlıq yaymaqda ittiham edərək təhdid edir. Gəlin, sizə nə ilə məşğul olduğumuzu göstərim: retro konserti, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqilər gecəsi. Yəni bizim hansı sahədə fəaliyyət göstərdiyimizi hər kəs bilir. Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə araşdırma aparılıb və məkanın sahibi ilə də söhbət edilib. Araşdırma zamanı səsləndirilən iddialar öz təsdiqini tapmayıb.

Tarix
2026.11.23 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla