Yuxarı

Qarabağ Universitetinin tələbələri dalaşdı, biri qovuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Universitetinin tələbələri dalaşdı, biri qovuldu

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.

Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin (ad şərtidir) həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən “Al market”in yaxınlığındakı körpünün yanına söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub.

Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən “Həkəri” restoranında görüşüblər.

Sadiq ifadəsində bildirib ki, “Həkəri” restoranında yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.

Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.

Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb.

O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.

Tarix
2026.11.23 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla