Separatçılardan biri də öldü
00:54
| Ana səhifə Planet |
|
SSRİ-nin sonuncu geologiya naziri, separatçı erməni Qriqori Qabrielyants 93 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, erməni mediasının məlumatına görə, o, noyabrın 22-də Moskvada ölüb.
1934-cü ildə Bakıda anadan olan Qabrielyants Azərbaycan Sənaye İnstitutunu bitirib. O, 1989-cu ildə SSRİ-nin geologiya naziri təyin olunub və Sovet İttifaqı dağılana qədər bu vəzifədə çalışıb.
2011-ci ildən Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirlərinə qədər Qarabağda yaşayıb və qondarma qurumun rəhbərinin “müşaviri” vəzifəsini tutub.
|
Tarix
2026.11.24 / 00:54
|
Müəllif
Axar.az
|