İstanbulda görülən heyvan şir deyilmiş - Video
00:32
| Ana səhifə Planet |
|
İstanbulun Sarıyer rayonunda aparılan axtarışlar zamanı dişi şir tapılmayıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul valiliyinin yaydığı məlumatda deyilir.
"Bölgədə termal kameralar ilə təchiz olunmuş dronlar vasitəsilə və mütəxəssis qrupları tərəfindən araşdırma aparılıb. Həmçinin hərəkət sensorları olan kamera tələlərindən istifadə edilib. Lakin dişi aslanın varlığına dair heç bir konkret dəlil tapılmayıb", - deyə açıqlamada bildirilir.
Həmçinin qeyd olunur ki, dişi aslan olduğu iddia edilən videogörüntülərin təhlili göstərir ki, heyvan şir ailəsinə və ya digər böyük pişikkimilər növünə aid deyil.
Xatırladaq ki, görüntülər yayıldıqdan sonra dişi aslanın axtarışlarına başlanmışdı.
|
Tarix
2026.11.24 / 00:32
|
Müəllif
Axar.az
|