Yuxarı

BDU 9 fakültə üzrə dekan axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU 9 fakültə üzrə dekan axtarır

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Bu barədə Axar.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, müsabiqə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.

Tarix
2026.11.24 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla