Evdəki tozun tərkibində polen, kif sporları, ev heyvanlarının allergenləri, toz gənələri və insan dərisinin hissəcikləri ola bilər.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, uşaqlar döşəməyə daha yaxın olduqları üçün ev tozu ilə böyüklərdən daha çox təmasda olurlar. Deməli, təmizlik yalnız görünən çirklənmələrin aradan qaldırılması deyil, gündəlik gigiyenanın qorunmasıdır.
Bu ehtiyacları nəzərə alan Roborock ağıllı təmizlik texnologiyalarının hazırlanması üzrə qlobal brendlərdən biridir. Şirkət hazırda 170-dən çox ölkə və regionda fəaliyyət göstərir. 2026-cı ilin ilk yarısında tədqiqat və inkişafa 720 milyon RMB investisiya yatırıb ki, bu da ümumi gəlirinin 7,14%-nə bərabərdir.
DC Worldwide Quarterly Smart Vacuum Robotics Tracker-ə əsasən, Roborock 2026-cı ilin ilk yarısında robot tozsoran bazarında həm göndərilmiş cihazların sayı, həm də satış dəyəri üzrə dünya lideri olub. Euromonitor International isə 2025-ci ildə brendi pərakəndə satış dəyərinə görə birinci yerdə qiymətləndirib. Şirkət həmçinin Real Madrid C.F. ilə qlobal tərəfdaşlığa malikdir və klubun kişi və qadın əsas komandalarının rəsmi qlobal təmizlik texnikası tərəfdaşıdır.
Roborock Qrevo Curv 2 Flow: ağıllı təmizliyin yeni mərhələsi
Modelin əsas yeniliyi SpiraFlow Real-Time Self-Cleaning Mop texnologiyasıdır. Sistem rulonu təmizlik zamanı fasiləsiz yaxalayır və çirkli suyu ayrıca çənə ötürür. Bu, döşəmənin çirkli rulonla təkrar-təkrar silinməsinin qarşısını almağa kömək edir. Rulon 270 mm enindədir, dəqiqədə 220 dövrə fırlanır. 2.5X Boosted Mopping Pressure əlavə 15 N təzyiq yaradır.
Edge-Adaptive Roller Mop divar kənarlarının təmizlənməsinə imkan verir. Xalça aşkarlandıqda rulon 15 mm-ə qədər qaldırılır, Innovative Roller Shield isə qoruyucu maneə yaradır.
20 000 Pa HyperForce® sorulma gücü, Certified Dual Anti-Tangle System, PreciSense LiDAR Navigation və Reactive AI Obstacle Recognition tozun, saçların və heyvan tüklərinin təmizlənməsini, eləcə də maneələrin tanınmasını dəstəkləyir. Bu imkanlar uşaqların döşəmə ilə daha çox təmasda olduğu və ev heyvanlarının tük buraxdığı evlərdə gündəlik təmizliyi asanlaşdırır.
Təmizlikdən sonra dok-stansiya rulonu 75°C su ilə yuyur, 55°C isti hava ilə qurudur. Stansiyada 4,1 litrlik təmiz, 2,9 litrlik çirkli su çənləri və 2,5 litrlik toz torbası mövcuddur. Model 5 200 mAh batareya və Roborock mobil tətbiqi ilə idarəetmə imkanı ilə təchiz olunub.
Roborock Qrevo Curv 2 Flow Baku Electronics, İrşad, Kontakt və Technohome mağazalarında, həmçinin Baku Electronics, İrşad və Kontaktın rəsmi onlayn mağazalarında taksitlə əldə oluna bilər. Black Friday kampaniyası çərçivəsində (1 dekabradək) model iştirakçı satış nöqtələrində 1 799,99 ₼ qiymətinə təklif olunur. Bu, 2 999,99 ₼ rəsmi istinad qiymətindən 1 200 ₼ (40%) aşağıdır. Digər xüsusi təkliflər və yeniliklər üçün Roborock-un rəsmi Instagram (@roborock.az) və TikTok (@roborock.az) hesablarını izləyin.