Yuxarı

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Son günlər İranın Borçalıda soyaşlarımız üzərindəki təsir gücü yenidən gündəmə gəlib. 2017-18-ci illərdən etibarən bu mövzunu araşdıran və daim yazan biri kimi deyə bilərəm ki, vəziyyəti dəyişmək çətindir.

Bu məsələdə itirən tərəf bizik və bunun obyektiv və subyektiv olmaqla konkret səbəbləri var. Proses 2003-cü ildən - Gürcüstan dövlətinin ölkədə dini icmalar üzərində nəzarəti gücləndirmək siyasətindən başlayıb. Buna qədər Gürcüstanda xristianlar üzərində Rusiya Provaslav Kilsəsinin, sünni məzhəbinə məxsus olanlar üzərində müəyyən qədər Türkiyənin, şiələr üzərində isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsiri güclü idi. Gürcüstan dövləti ilk növbədə xristianlar və Acariyada sünni kəsimin nəzarətə götürülməsi istiqamətində işləyirdi. 2009-cu ildə proses Borçalıya – şiə kəsimə də çatdı, 2011-ci ildə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması və QMİ-nin bölgədən faktiki olaraq kənarlaşdırılması ilə konkret addım atıldı.

Bu, Azərbaycan üçün strateji itki idi. QMİ-nin çıxması hələ 90-cı illərdən Borçalıya daxil olmağa çalışan İranın önünü tamamilə açdı. Borçalıda, konkret desək, Marneulidə İrana bağlı bəlli şəxslər Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini (GMADİ) yaradaraq, GMİ-nin çətiri altına girməkdən imtina etdilər. İranın maliyyələşdirdiyi müxtəlif xeyriyyə fondları və təşkilatları da GMADİ-nin idarətməsinə verildi. İran tərəfindən koordinasiyanı isə Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbərliyi (Həmin illərdə Davud Zarii idi) həyata keçirirdi.

QMİ-nin boşalan yerini sürətlə İranın doldurmasında Gürcüstanın da iki hədəfi fonunda maraqlı olduğu istisna edilməməlidir:

1. Sünni və şiə məzhəbi arasında qarşıdurma müsəlman icmasına nəzarəti asalanlaşdırır;

2. Dini kimliyin güclənməsi Borçalıda milli kimliyin zəifləməsi baxımından sərfəlidir.

Nəticə etibarilə, Borçalıda İranın dini təsiri güclənən xətlə davam edir. Məktəbli geyimi ilə bağlı son hadisələrdə Borçalıda İranın təsirində olan qrupların təşkilatlanmış mövqe sərgiləməsi bunun son nümunələrindəndir. Bu vəziyyəti dəyişmək üçün Azərbaycan və Gürcüstan birgə işləməlidir, xüsusilə Tiflisi İran təhlükəsinin reallığına inandırmaq vacibdir.

Bunun fonunda “Borçalıda İran təsiri” məsələsinə cəmiyyət olaraq, həssas yanaşmalıyıq. Xüsusilə təsirə düşmüş müəyyən qrup üzərindən ümumilikdə Borçalını hədəfə çevirmək təhlükəlidir.

Tarix
2026.11.24 / 11:18
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla