Yuxarı

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

Ermənistanda yeni Konstitusiya layihəsinin əleyhdarları işğal dövründə vəziyyətdən yararlananlardır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr sözügedən layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar:

"Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir. Yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRİPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır".

Komitə sədri xatırladıb ki, 35 il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi:

"İndi isə ölkəmiz əsas hissəsi ilə Naxçıvanı quru yolla bütövləşdirməyə doğru gedir. Erməni cəmiyyətinin dinc qonşuluğu, yoxsa əbədi məhv olma məfkurəsi olan torpaq iddialarından hansını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri xarici dövlətlərin yox, sadə vətəndaşların iradəsindən asılı olmalıdır".

Tarix
2026.11.24 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla