Yuxarı

Şirkət rəhbərinin mənzil qalmaqalı: 172 zərərçəkmiş var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkət rəhbərinin mənzil qalmaqalı: 172 zərərçəkmiş var

Vesta Construction MMC-nin təsisçisi barəsində xüsusilə külli miqdarda dələduzluq və vəzifə cinayətləri üzrə cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bakı şəhərinin Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılıb.

Toplanmış materiallar üzrə Vesta Construction MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İbtidai istinaq materiallarına əsasən Ceyhun Quliyev paytaxtın Nizami rayonu ərazisində, Ş.Mirzəyev küçəsində Vesta Construction MMC tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.

Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilməklə, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 172 şəxsin zərərçəkmiş şəxs qismində tanınması təmin edilməklə, ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2026.11.24 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla