Yuxarı

1,7 milyonluq qızılı ələ keçirdilər: biri azərbaycanlıdır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1,7 milyonluq qızılı ələ keçirdilər: biri azərbaycanlıdır - Video

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis kimi təqdim edərək iki qadını aldadan 5 nəfər həbs edilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edərək adının terror təşkilatı ilə bağlı istintaqda hallandığını bildiriblər. Onlar qadını aldadaraq 1 milyon 700 min lirə dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.

Qadının şikayəti əsasında polis əməkdaşları Beytullah K.-nı saxlayıblar. Araşdırma zamanı onun qızılları Azərbaycan vətəndaşı Yaşar M.-ə təhvil verdiyi müəyyənləşib. Yaşar M.-in qızılları sataraq əldə etdiyi vəsaiti kriptovalyutaya çevirdiyi məlum olub.

Növbəti əməliyyat zamanı Yaşar M. və daha üç nəfər saxlanılıb. Şübhəlilərin Osmaniyədə yaşayan 50 yaşlı Nuran Ş.-ni də eyni üsulla aldatdıqları üzə çıxıb.

Hadisə ilə bağlı ümumilikdə 5 nəfər barəsində həbs qərarı verilib.

Araşdırma davam etdirilir.

Tarix
2026.11.24 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla