Yuxarı

Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbaszadənin boşanma ilə bağlı çıxışı yenidən gündəmdə - Video

Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadənin 2024-cü ildə Firuzə İsmayıla verdiyi müsahibədə boşanma ilə bağlı sözləri yenidən gündəmə gəlib.

Axar.az həmin hissəni olduğu kimi təqdim edir:

“Boşanmaqla mən özüm də rastlaşmışam və mən onu deyə bilərəm ki, boşanan insan yalnız öz yaşadığı insanla boşanır. Uşaqlarla boşanma yoxdur. O uşaq dünyaya gəlibsə, ömür boyu sən o uşağın qayğısına qalmalısan və sən o uşağın həyatında iştirak etməlisən. Uşaqlarla boşanma yoxdur. Elə insanlar, elə analar da var, elə atalar da var ki, boşanandan sonra yenə ailə qururlar və o uşaqlar tənha qalırlar, birinci uşaqlar. Nə deyə bilərəm? O ən çox həmin o insanların özlərinin faciəsidir ki, bir-birinə hörmət saxlayıb, yaxşı alınmadı, hörmət saxlayıb və uşaqların hissləri ilə oynamamaq. Uşaqların taleyində hər iki valideyn eyni səviyyədə məsuliyyət daşıyır. Ona görə də uşaqların taleyində maksimal olaraq iştirak etmək lazımdır və insan onda zənginləşir. Bir insan kimi də zənginləşir, bir şəxs kimi də formalaşır, məsuliyyətli şəxs”, - M.Abbaszadə bildirib.

Qeyd edək ki, Məleykə Abbaszadə xalq yazıçısı Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə ailəli olub. Onlar uzun illər əvvəl ayrılıblar. Birgə nikahlarından iki qız övladları dünyaya gəlib. Onlardan biri 2020-ci ildə ürəktutmadan vəfat edib.

Tarix
2026.11.24 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla