Yuxarı

Abbaszadə BDU-nun bu tələbələrinə hədiyyələr verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbaszadə BDU-nun bu tələbələrinə hədiyyələr verdi - Foto

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan BDU komandasının üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, rektor tələbələrin keyfiyyətli təhsil almaqla yanaşı, elmi tədqiqatlara maraq göstərməsinin və intellektual müsabiqələrdə fəal iştirakının sevindirici hal olduğunu bildirib.

Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də xarici dillərdən birini mükəmməl bilmələrinin vacibliyini vurğulayaraq, tələbələrin əcnəbi dillərə marağının artırılması ilə bağlı təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini və onların təşəbbüslərinə hər zaman açıq olacağını diqqətə çatdıran rektor universitetin gənclər təşkilatlarının fəaliyyəti ilə də maraqlanıb.

Daha sonra rektor “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan komanda üzvlərinin təkliflərini dinləyib.

Sonda tələbələrə hədiyyələr təqdim olunub.

Tarix
2026.11.24 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla