Yuxarı

Rusiya xarici filmlərə kvota tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya xarici filmlərə kvota tətbiq edir

Rusiya Dövlət Dumasında xarici filmlərə kvota tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dəyişikliklərin “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında” qanuna edilməsi təklif olunur. Qanun layihəsinə əsasən, kinoteatrlar il ərzində müəyyən günlərdə xarici filmlər nümayiş etdirə bilməyəcək.

Digər variant kimi isə kinoteatrların ümumi film nümayişi vaxtının müəyyən hissəsinin yerli filmlərə ayrılması təklif olunur. Kvotanın ümumi müddəti rüb ərzindəki günlərin yarısından çox olmamalı və təxminən 45 gün təşkil etməlidir. Kvota hər il başlamazdan ən azı 90 gün əvvəl Rusiya kinematoqrafiya təşkilatlarının iştirakı ilə təsdiqlənəcək. Kvotanın qüvvədə olduğu dövrdə xarici filmlərin nümayişinə dair əvvəllər bağlanmış müqavilələrin şərtləri isə etibarsız hesab ediləcək.

Qeyd edək ki, sənədi konkret olaraq kimin hazırladığı açıqlanmır.

Tarix
2026.11.24 / 14:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla