Yuxarı

Xəzər geri çəkildi, gəmilər dənizin ortasında qaldı - Video

Ana səhifə Yaşıl Sabah
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər geri çəkildi, gəmilər dənizin ortasında qaldı - Video

Səxavət Həsənov ömrünün yarıdan çoxunu balıqçılığa həsr edib. O, Lənkəran rayonunun Xəzər dənizi sahilində yerləşən Aşağı Nüvədi kəndinin sakinidir. Tarixən kənddə bir çox ailənin əsas dolanışıq mənbəyi məhz balıqçılıq olub. Lakin son illər Xəzər dənizinin geri çəkilməsi balıqçıların fəaliyyətində ciddi çətinliklər yaradıb.

Axar.az-ın məlumatına görə, o, Teleqraf-a müsahibəsində bildirib ki, əvvəllər gəmi və xüsusi balıqçı qayıqlarını dənizə çıxarmaq asan idisə, hazırda suyun səviyyəsinin enməsi bu prosesi xeyli qəlizləşdirib. Belə ki, əvvəllər su altında qalan qayalıqlar üzə çıxıb. Bu isə həm qayıqların dənizə çıxışına, həm də sahilə qaytarılmasına mane olur. Qayalara çırpılan qayıqların tez-tez təmirə ehtiyac duyması isə balıqçıların gəlirinə birbaşa mənfi təsir göstərir.

Digər ciddi problem isə balıqların sahildən uzaqlaşmasıdır. Dəniz suyunun azalması səbəbindən balıqlar dənizin daha dərin və mərkəzi hissələrinə doğru hərəkət etməyə başlayıblar. Halbuki mövcud qaydalara görə, balıqçıların sahildən uzaqlaşma məsafəsi cəmi 3 milədək məhdudlaşdırılıb.

Səxavət Həsənov qeyd edir ki, kifayət qədər ov etmək üçün sahildən təxminən 15-20 mil məsafəyədək getmək lazım gəlir, lakin qanunvericilik buna icazə vermir. Nəticədə həm balıq ehtiyatlarının uzaqlaşması, həm də məsafə məhdudiyyəti yerli balıqçıları çıxılmaz vəziyyətdə qoyur.

Tarix
2026.11.24 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla