Yuxarı

Yamalın olmaması nəyisə dəyişməyəcək - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yamalın olmaması nəyisə dəyişməyəcək - Dambrauskas

"Barselona" hər kəsə yaxşı tanış olan komandadır. Onların hansı zonada zəif olduğunu demək çətindir.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis sabahkı görüşdən həzz almaq istədiklərini bildirib:

"Lamin Yamalın gəlməməsi yerli azarkeşlərimiz üçün pis xəbər oldu. O, dünya futbolunda sayılıb-seçilən şəxsdir. Düşünürəm ki, onun olmaması "Barselona" üçün nəyisə dəyişməyəcək. Orada olan oyunçular ayrı-ayrılıqda ulduz futbolçulardır. Mənə görə, bizim oyunçular uşaq olarkən "Real Madrid" və "Barselona"ya qarşı oynamağı xəyal ediblər”.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.

Tarix
2026.11.24 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla