Yuxarı

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər...

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda 2026-cı il üzrə təsdiq edilmiş əmək miqrasiyası kvotasının icra vəziyyəti və 2027-ci il üçün əmək miqrasiyası kvotasına dair hazırlanmış təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib.

Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edildiyini, o cümlədən əmək bazarında müsbət dinamikanın mövcud olduğunu və yeni inkişaf istiqamətlərinin formalaşdığını vurğulayıb.

Bildirilib ki, 2027-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanarkən iqtisadiyyatın müxtəlif sahələrində müşahidə olunan inkişaf tendensiyaları, o cümlədən icra edilən dövlət proqram və strategiyaları, işəgötürənlərin müasir peşə və ixtisaslara yiyələnmiş kadrlara tələbatı, demoqrafik proseslərin əmək bazarına təsiri, mövcud əmək ehtiyatları, təhsilini başa vuraraq əmək bazarına daxil olan ixtisaslı mütəxəssislərin sayı və potensialı nəzərə alınıb.

Habelə əmək bazarının cari vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı proqnozlar da təhlil edilib. Ölkədə ixtisaslı yerli kadr potensialının ilbəil genişlənməsi, mövcud işçi qüvvəsinin peşə bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən tədbirlərlə yanaşı, iqtisadiyyatın ayrı-ayrı sahələrində ixtisaslı xarici işçi qüvvəsinə olan ehtiyacın da nəzərə alınmasının vacibliyi qeyd olunub.

Müzakirələrin nəticəsi olaraq, 2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təklifləri əks etdirən layihənin baxılması üçün Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb.

Tarix
2026.11.24 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla