Yuxarı

Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi - Video

Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri əşyaların gömrük nəzarətindən keçirilməsi üçün gömrük baxışına dəvət olunublar.

Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük baxışı prosesində vətəndaş Eldur Hüseynov özü ilə gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edib. Bununla da gömrük nəzarəti prosesinin həyata keçirilməsini çətinləşdirib və kəskin surətdə aqressiya göstərməklə etiraz edib. Yaranmış hal əşyaların yoxlanması və eyniləşdirilməsində çətinliklər yaratdığından gömrük nəzarəti prosedurlarının gecikdirilməməsi məqsədilə ona məxsus əşyalar digər gömrük nəzarəti zonasına yönləndirilib.

Vətəndaş etik davranış qaydalarına riayət etmədiyindən müvafiq akt tərtib olunaraq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, Eldur Hüseynovla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib və məsələ ətraflı müzakirə edilərək gömrük qaydaları barədə məlumat verilib.

Tarix
2026.11.24 / 19:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla