Yuxarı

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

TRİPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın nəqliyyat və infrastruktur nazirinin müavini Vahan Kostanyan bildirib.

“Sünikdəki (Zəngəzur - red.) ərazini dəmir yolunun tikintisinə başlamaq üçün hazırlayırıq. İlkin parametrlərimiz var. İlkin ekspert araşdırmaları göstərir ki, bu işlərin birləşdirilməsi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq və təşkilati baxımdan düzgün olacaq. Hökumət artıq həm elektrik xətləri, həm də yolların dizaynı ilə bağlı ilkin tədqiqat sifariş edib. Bu tədqiqatların nəticələrini yaxın aylarda əldə edəcəyik. Beləliklə, 2027-ci il kifayət qədər böyük tikinti ili olacaq və biz əhəmiyyətli dərəcədə irəliləyəcəyik”, - deyə Kostanyan qeyd edib.

Onun sözlərinə görə, dəmir yolunun hansı marşrutla gedəcəyi bəllidir və hazırda ərazinin hazırlanması və minimal mühəndislik işlərinin aparılması üçün işlər görülür ki, gələn il dəmir yolunun faktiki tikintisinə başlaya bilək.

O vurğulayıb ki, hazırda Zəngəzurda təmizləmə işləri aparılır.

Tarix
2026.11.25 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla