Bu xanım "Zəngi" liseyinə direktor təyin edildi - Foto
12:03
| Ana səhifə Planet |
|
Ermənistan Rusiya ilə münasibətlərində böhran yaratmaq və ya onunla bütün əlaqələri kəsmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini, hazırda Rusiyada səfərdə olan Vahan Kostanyan deyib.
O bildirib ki, Ermənistan həm son dövrlərdə, həm də daha əvvəl Rusiya ilə münasibətlərdə yaranmış problemləri müzakirə etmək niyyətindədir:
“Biz heç bir halda Rusiya ilə münasibətləri kəsmək, bu münasibətlərdə böhran yaratmaq və ya bütün əlaqələri qırmaq niyyətində deyilik. Rusiya Ermənistan üçün mühüm tərəfdaş olaraq qalır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında üç dəfə – ayın 3-də, 11-də və 22-də Rusiyaya səfər edəcəyini açıqlamışdı.
|
Tarix
2026.11.25 / 11:57
|
Müəllif
Zeynəb Əkbər
|