Yuxarı

Donbasdan çıxmayacağıq, çünki heç kim... - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donbasdan çıxmayacağıq, çünki heç kim... - Zelenski

Ölkənin müdafiə qüvvələri hazırda nəzarətində olan Donbas ərazilərini tərk etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Düşünürəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Mən həqiqətən belə hesab edirəm. Söhbət döyüşlər nəticəsində geri çəkilməkdən deyil, öz qərarımızla torpaqlarımızı tərk etməkdən gedir. Çünki məsələ bir neçə hektar ərazidən ibarət deyil. Heç kim, təhlükəsizlik zəmanətləri nə qədər güclü olsa da, dövlətinizin bir hissəsini könüllü şəkildə təhvil verdikdən sonra sizi başqa əraziləri də verməyə məcbur etməyəcəklərinə zəmanət verə bilməz”, – Zelenski vurğulayıb.

O, Ukrayna ərazilərinin təhvil verilməsi variantını qəbuledilməz hesab etdiyini bildirib. Zelenskinin fikrincə, Rusiya rəhbərliyində Ukraynanın bir hissəsinin güzəştə gedilməsi halında Xarkov, Dnepr və ya Zaporojye vilayətlərinə dair də oxşar tələblərin irəli sürülə biləcəyi düşüncəsi üstünlük təşkil edir.

“Əminəm ki, müdafiə qüvvələrimiz və Silahlı Qüvvələrimiz sayəsində hamımız mövqelərimizi qorumalı, müqavimət göstərməli və əlbəttə ki, sülhün bərqərar olması üçün əlimizdən gələni etməliyik. Danışıqlar çox vacibdir. Əgər onlar bizi təslim edə bilməsələr, bu, bizdən, ABŞ-ın qətiyyətindən və Avropanın birliyindən asılıdır. Buna nail ola bilməsələr, atəşkəsə gedəcəklər”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hazırda ayda 50 mindən çox hərbçi itirdiyi üçün atəşkəsə razılaşmalıdır.

Tarix
2026.11.25 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla