Yuxarı

AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL "Sərfəli Cümə" kampaniyası elan edir

Azərbaycan Hava Yolları QSC (AZAL) "Sərfəli Cümə" kampaniyasını elan edir.

Axar.az AZAL-a istinadla xəbər verir ki, 25–30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Həmçinin "AZAL Miles" müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda "BLUEFRIDAY" promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Dekabrda bayram ab-havasını başqa bir şəhərdə yaşamaq, qış mövzsümündə yaxınları ziyarət etmək və və ya yazın ilk səyahətini planlaşdırmaq istəyən sərnişinlər bu fürsətdən yararlana bilərlər.

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

1–20 dekabr 2026-cı il

10 yanvar – 28 fevral 2027-ci il

1–30 aprel 2027-ci il

Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.

Aviabiletləri azal.az saytından, AZAL-ın mobil tətbiqindən, həmçinin bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

Tarix
2026.11.25 / 09:21
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla