Yuxarı

Ombudsmandan çağırış: Buna son qoyulsun! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsmandan çağırış: Buna son qoyulsun! - Video

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq" kampaniyası ilə əlaqədar videomüraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

Hörmətli həmvətənlər, əziz dostlar!

Hər il noyabrın 25-dən dekabrın 10-dək ölkəmiz qlobal miqyasda qeyd olunan "Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq" beynəlxalq kampaniyasına qoşulur.

Builki kampaniyanın şüarı budur: "Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!"

Qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu cür hallar şəxsiyyətin toxunulmazlığına qəsd etməklə yanaşı, bütövlükdə cəmiyyətin sabitliyini və mənəvi sütunlarını sarsıdır.

İnsan Hüquqları üzrə Müvəkkil olaraq bəyan edirəm ki, fiziki, psixoloji, iqtisadi və ya rəqəmsal olmasından asılı olmayaraq, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.

Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planında qarşıya qoyulmuş hədəflərə nail olmaq məqsədilə hər birimiz imkanlarımızı səfərbər etməliyik. Eyni zamanda, mən gender əsaslı zorakılığın bütün formalarının qarşısını almaq üçün mediaya çağırış etmək istərdim. Gender bərabərliyi mədəniyyətini daha geniş təbliğ etmək və cəmiyyətdə bu yanaşmanın kök salmasını təmin etməklə zorakılıq hallarının minimuma endirilməsinə töhfə verə bilərik.

Zorakılıqdan zərər çəkmiş hər bir şəxs maksimum müdafiə və hərtərəfli qayğı ilə təmin olunmalı, onların ədalətli mühakimə hüququna zəmanət verilməli, təqsirkarlar məsuliyyətə cəlb olunmaqla cəzasızlıq mühitinə son qoyulmalıdır. Qanunun aliliyini tam təmin etmək bizim əsas vəzifəmizdir.

Əgər zorakılıqla üzləşmisinizsə və ya yaxınlığınızda kiminsə bu cür hallardan əziyyət çəkdiyini bilirsinizsə, biganə qalmayın. Hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət edin.

Məqsədimiz cəmiyyətdə aqressiv davranışların hər bir təzahürünə qarşı qətiyyətli bir yanaşma formalaşdırmaqdır. Yalnız birgə hərəkət edərək - hüquqi mexanizmləri gücləndirməklə və vətəndaş həmrəyliyi nümayiş etdirməklə - qadın və qızlarımız üçün təhlükəsiz və ədalətli bir gələcək qura bilərik.

Tarix
2026.11.25 / 10:12
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla