Yuxarı

Azərbaycanda qədim yaşayış məskəni tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı çiy kərpicdən döşəmə və bişmiş qırmızı kərpicdən hörgü izləri aşkarlanıb. Tapıntılar Mil düzündəki qədim yaşayış yerində məskunlaşmanın müxtəlif dövrlərdə davam etdiyini göstərir.

Axar.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, institutun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu qoyub. Stasionar arxeoloji qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan tədqiqat zamanı mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib.

Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92-93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü qalıqları qeydə alınıb. Bundan başqa, keramika nümunələri, tikinti materialları və sümük qalıqları aşkarlanaraq sənədləşdirilib.

Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə İ.P. Şeblıkin tərəfindən yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Ərazidə ilk sistemli arxeoloji tədqiqatlar 1953-1957-ci illərdə A.A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası tərəfindən aparılıb. Q.M. Əhmədovun 1957-ci ildə qoyduğu şurf zamanı mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyən edilib.

Əvvəlki tədqiqatlar zamanı aşkarlanan keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın eramızdan əvvəl II–I əsrlərdən eramızın V-VII əsrlərinədək davam etdiyini göstərir.

A.A. İessen və Q.M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərdə mövcud olmuş Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər. Bu elmi qənaətin yoxlanılması və aşkarlanmış tikililərin planının dəqiqləşdirilməsi üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsi, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunması zəruri hesab edilir.

Tarix
2026.11.25 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla