Yuxarı

Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın

Birbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər.

Bunun üçün Birbank tətbiqində “AI assistent”ə daxil olaraq “çıxarış əldə etmək istəyirəm” yazmaq kifayətdir.

Bununla yanaşı, müştərilər bank çıxarışının hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə bilirlər.

Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36 aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.

Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.

Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində Birbank çatının arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.

Birbank-ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra Birbank-da rəqəmsal çıxarışdan istifadə edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45% artıb. Bu göstərici müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə etməyə artan marağını nümayiş etdirir.

Maliyyə sektorunda ilk olan bu yenilik Birbank-da bank xidmətlərinin müştərinin özü tərəfindən idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.11.25 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla