Yuxarı

Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın 200 sənətçisi bu ölkəyə gedir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram Azərbaycan mədəniyyətinin müxtəlif istiqamətlərini – muğam və klassik musiqini, cazı, teatr və kino sənətini, müasir təsviri incəsənəti əhatə edəcək. Tədbirlər çərçivəsində qadınların mədəniyyətin və ictimai fikrin inkişafındakı roluna da xüsusi diqqət yetiriləcək. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycanın maarifçi qadınlarının irsi və müasir qadın rəssamların yaradıcılığı təqdim olunacaq.

“Tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdən 200-dən çox mədəniyyət nümayəndəsinin – musiqiçi, aktyor, yazıçı, rəssam və yaradıcı sənaye təmsilçisinin daxil olduğu nümayəndə heyəti Özbəkistana səfər edəcək”, - məlumatda vurğulanıb.

Tarix
2026.11.25 / 22:53
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla