Yuxarı

Kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq

Son günlər “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbər şəxslərinin ad və fotoşəkillərindən istifadə olunmaqla saxta profillərin yaradılması və kiberdələduzluq cəhdləri müşahidə edilir.

“Azərqold” QSC-dən Axar.az-a bildirilib ki, naməlum şəxslər bu profillər vasitəsilə özlərini şirkətin rəhbər şəxsləri kimi təqdim edir, müxtəlif şəxslərlə əlaqə saxlayaraq onların adından müraciətlər ünvanlayır və müəyyən tapşırıqların icrasını tələb edirlər.

“Daşkəsən Dəmir Filiz” MMC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və ictimaiyyəti bu cür hallara qarşı ehtiyatlı olmağa çağırır.

Şübhəli müraciətlərə cavab verməmək, naməlum keçidlərə daxil olmamaq, göndərilən faylları açmamaq, şəxsi və xidməti məlumatları üçüncü şəxslərlə paylaşmamaq tövsiyə edilir. Bu qəbildən olan müraciətlərin həqiqiliyi əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə yoxlanılmalıdır. Belə hallarla qarşılaşan şəxslərdən yazışmaları və digər sübutları saxlamaları, bu barədə dərhal şirkətə və aidiyyəti hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur. “Daşkəsən Dəmir Filiz” MMC rəhbər şəxslərinin ad və fotoşəkillərindən qanunsuz istifadə edilməsini pisləyir, hər kəsi informasiya təhlükəsizliyi qaydalarına riayət etməyə və kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır”, - deyə məlumatda qeyd olunub.

Tarix
2026.11.25 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla