Yuxarı

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı qərar

Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normaları dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, idman tədbirlərinin keçirilməsində dövlət büdcəsinin vəsaitlərindən istifadə edən Gənclər və İdman Nazirliyi gələn il üçün keçiriləcək idman tədbirlərinə tələb olunan zəruri vəsaitlərin ümumi hesablamalarını cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Müvafiq idman federasiyası və ya digər aidiyyəti təşkilatlar nazirlik tərəfindən ümumi hesablamaların hazırlanması məqsədilə bu qaydaların müvafiq bəndində nəzərdə tutulmuş müddəti nəzərə alaraq keçiriləcək idman tədbirləri və tələb olunan zəruri vəsaitlərlə bağlı ilkin məlumatları Nazirliyə təqdim etməlidirlər.

Azərbaycan ərazisində keçirilməsi planlaşdırılan beynəlxalq idman tədbirləri üzrə beynəlxalq idman federasiyasının tədbirin keçirilməsi hüququnun verilməsi barədə qərarı və ya digər təsdiqedici sənəd, habelə tədbirin təşkili ilə bağlı bağlanılmış müqavilə də (mövcud olduqda) təqdim edilməlidir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tarix
2026.11.25 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla