Yuxarı

Bir ekosistemi və AFCA əməkdaşlıq imkanlarını müzakirə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir ekosistemi və AFCA əməkdaşlıq imkanlarını müzakirə etdi

23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və ekosistemin idarəetmə komandasının təmsilçiləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bir ekosisteminin baş ofisində keçirilən görüşdə X Beynəlxalq Bankçılıq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Heyətə AFCA rəhbərliyi ilə yanaşı, Çin Banklar Assosiasiyası, Çin Kənd Təsərrüfatı Bankı, “Tianfeng International Securities Group”, Macarıstan Banklar Assosiasiyası və digər qurumların nümayəndələri daxil olub.

Qonaqlara Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in fəaliyyəti, inkişaf modeli və rəqəmsal həlləri barədə təqdimat edilib. Ardınca tərəflər banklar və fintex şirkətləri arasında tərəfdaşlıq, rəqəmsal ekosistemlər, süni intellekt və digər innovativ həllər üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə Bir ekosisteminin beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin genişləndirilməsi və qlobal texnologiya trendləri üzrə təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub. Eyni zamanda, Azərbaycanın Orta dəhlizdə tutduğu strateji mövqe, regional iqtisadi və nəqliyyat-logistika əlaqələrindəki rolu vurğulanmaqla, rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq perspektivləri qeyd olunub.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış və baş ofisi Pekində yerləşən AFCA 30-dan çox ölkədən maliyyə institutları arasında beynəlxalq əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini təşviq etmək və sektorda innovasiyaları dəstəkləmək məqsədilə fəaliyyət göstərir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Tarix
2026.11.25 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla