Yuxarı

Ölkədə iki teatrın adı dəyişdirilir və maaşlar artırılır

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə iki teatrın adı dəyişdirilir və maaşlar artırılır

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əmək haqqına 50 faiz əlavə olunur.

Kult.az xəbər verir ki, bununla bağlı Report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.

Hər iki teatra "milli" statusunun verilməsi "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na uyğun qərara alınıb.

Teatrlara “milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Status alan teatrların adına "milli" sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək.

Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

Tarix
2024.05.20 / 19:56
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla