Yuxarı

Reper mahnısında şəhidin adını çəkdi, tənqid olundu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Reper mahnısında şəhidin adını çəkdi, tənqid olundu

Türkiyəli rep ifaçısı Lvbel C5 yeni yayımladığı “OHAOHAOHA” adlı mahnısına görə sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Kult.az Unikal-a istinadla xəbər verir ki, mahnıda Kipr Sülh Hərəkatı zamanı əsir götürülən və ağır işgəncələr nəticəsində şəhid olan Hava Pilot Yüzbaşı Cengiz Topelin adının çəkilməsi istifadəçilərin narazılığına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri şəhidin xatirəsinə hörmətlə yanaşılmalı olduğunu bildirərək ifaçını tənqid ediblər.

Artan reaksiyalardan sonra Lvbel C5 sosial media hesabında açıqlama yayıb. O, özü və sənəti üzərindən qaralama kampaniyası aparıldığını iddia edib.

Repçi Türkiyə Cümhuriyyətinin vətəndaşı və türk millətinin bir üzvü olduğunu vurğulayaraq dövlətinə, xalqına, vətəninə və bayrağına bağlılığının müzakirə mövzusu olmadığını bildirib.

O, sənətinin müxtəlif cür qiymətləndirilməsinə hörmətlə yanaşdığını, lakin şəxsi siyasi və ideoloji kimliyinin müzakirəyə çıxarılmasını qəbul etmədiyini qeyd edib.

Tarix
2026.11.28 / 12:27
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla