Yuxarı

"Süni intellekt şahzadələri" qiyamətə belə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Süni intellekt şahzadələri" qiyamətə belə hazırlaşır

Süni intellekt inkişafı ilə məşğul olan texnologiya şirkətlərinin rəhbərləri sığınacaqlar tikir və potensial fəlakətli vəziyyətlərdə onların istifadəsinə hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb.

Jurnal onları "Süni intellekt şahzadələri" adlandırır.

Məqalədə milyarderlərin əmlakları təsvir edilir və tarixçilərin, süni intellekt üzrə təhlükəsizlik mütəxəssislərinin və keçmiş ABŞ rəsmilərinin qiymətləndirmələrinə istinad edilir.

Bildirilib ki, “Meta” qurucusu Mark Zukerberq Havayda 930 hektarlıq Koolau Rançosunu inşa etdirir.

Buraya iki böyük villa, ən azı 30 yataq otağı və eyni sayda vanna otağı, asma körpülərlə birləşdirilmiş 11 ağac ev və özünü təmin edən qida istehsalı infrastrukturu daxildir. Kompleksin altında partlayışa davamlı xüsusi qapısı olan 460 kvadratmetrlik sığınacaq var.

Zukerberq özü onu "kiçik sığınacaq" adlandırır.

Nəşr həmçinin OpenAI-nin baş icraçı direktoru Sem Altmanın mümkün radiasiya qəzaları zamanı Kaliforniyanın Biq Sur şəhərinin ucqar bir ərazisində məskunlaşa biləcəyini yazır.

Bundan əlavə, “Palantir” şirkətinin həmtəsisçisi Peter Tielin Argentinadakı mülklərindən və Yeni Zelandiya pasportundan da bəhs edilir.

Nəşrin qeyd etdiyi kimi, “Speys X” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask Texasdakı kosmik bazası ətrafındakı Starbeyz (Starbase) şəhərinə nəzarət edir, lakin onun uzunmüddətli planları Marsda yaşayış məskənləri qurmağı əhatə edir.

Süni intellekt şirkətlərinin özləri də mümkün böhrana hazırlaşırlar.

Qeyd edilir ki, “Anthropic”, “OpenAI” və digərləri fəlakətli süni intellekt hadisəsinə cavab vermək üçün ssenarilər tətbiq edirlər. Nəzərdən keçirilən təhdidlər arasında maliyyə sistemini, interneti, elektrik stansiyalarını və ya su təchizatını pozacaq kiberhücum da var. Bu ssenaridə elektrik kəsintiləri iğtişaşlara səbəb ola bilər və ictimai narazılıq texnologiya şirkətləri sahiblərinə qarşı çevrilə bilər.

Tarix
2026.11.28 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla