Patriarx dəvət etdi, Tasulas İstanbula gəlir
00:10
| Ana səhifə Planet |
|
Yunanıstan Prezidenti Konstantinos Tasulas bu gün Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Məlumata görə, Tasulas Patriarx Varfolomeyin dəvəti ilə Müqəddəs Endryu gününə həsr olunmuş mərasimdə iştirak etmək üçün İstanbula səfər edəcək. O, səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək.
Görüşdə Yunanıstan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunun da iştirakı gözlənilir.
|
Tarix
2026.11.28 / 00:10
|
Müəllif
Axar.az
|