"Neftçi" yenə qalib gəldi, liderliyini möhkəmləndirdi
21:04
| Ana səhifə İdman |
|
Misli Premyer Liqasının XIII turunda "Neftçi" "Zirə" ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun “Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu Breno Almeyda vurub.
Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Zirə" isə 20 xalla beşincidir.
Qeyd edək ki, turun açılış matçında "Şəfa" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.
|
Tarix
2026.11.27 / 21:04
|
Müəllif
Axar.az
|