Yuxarı

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu müəssisə özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsində Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, rayonun Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodu) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu il oktyabrın 21-də yekun vurulub. Həmin tarixdə iddiaçıların təklif zərfləri açılıb, "Rail Trans Service" MMC müsabiqənin qalibi elan olunub, noyabrın 12-da onunla alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, investor digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 milyon manat vəsaitin köçürülməsini, habelə 3 il ərzində müəssisəyə 10 milyon manat investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Həmin İnvestisiya Proqramı çərçivəsində kompleksdə təmir-tikinti işləri aparılacaq, 40 nohur tamamilə bərpa ediləcək, Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaq.

Layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur.

Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır. Sözügedən layihə ölkənin balıqçılıq sənayesinə özəl sərmayələrin cəlb edilməsi və sektorun müasir tələblər səviyyəsində inkişafı baxımından əhəmiyyətlidir. Müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.

Tarix
2026.11.27 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla