Yuxarı

Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir

Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə bazarlarından növbəti sindikatlaşdırılmış maliyyələşməni cəlb edib. Bank Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə institutlarından biri olan “Mashreq Bank”la ikinci kredit sazişini Bakıda imzalayıb. Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov və “Mashreq Bank”ın İcraçı vitse-prezidenti, Beynəlxalq Maliyyə İnstitutları üzrə rəhbər Aziz Ata tərəfindən imzalanan sazişin ümumi həcmi 105 milyon ABŞ dolları ekvivalentindədir.

Maliyyələşmənin 80 milyon ABŞ dolları və 42,5 milyon manatlıq hissəsi müvafiq olaraq xarici və milli valyutada cəlb olunub. Əməliyyatın Azərbaycan manatı ilə də həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının milli valyutada belə bir maliyyələşmədə iştirakı ölkənin maliyyə bazarının, beynəlxalq tərəfdaşlarla əlaqələrinin inkişafını və Kapital Bank-a göstərilən etimadı əks etdirir.

1967-ci ildən fəaliyyət göstərən “Mashreq Bank” Birləşmiş Ərəb Əmirliklərinin aparıcı maliyyə qurumlarından, Yaxın Şərq və Şimali Afrika regionunun tanınmış banklarından biridir. Tərəflər arasında ilk sindikatlaşdırılmış kredit sazişi 2025-ci ildə Dubayda imzalanıb və 50 milyon ABŞ dolları təşkil edib.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi sosial şəbəkə hesabında sazişin əhəmiyyətini belə şərh edib: “Bu yeni saziş qlobal maliyyə institutlarının bankımıza olan davamlı etimadının və tərəfdaşlığımızın uzunmüddətli xarakter daşıdığının bariz göstəricisidir”.

Fərid Hüseynov bildirib ki, “Mashreq Bank”la yanaşı, Körfəz, Avropa və Mərkəzi Asiya regionlarının maliyyə qurumları ilə ardıcıl əməkdaşlıq Kapital Bank-ın qlobal maliyyə ekosistemində etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

Bir ekosisteminin aparıcı maliyyə qurumu olan Kapital Bank beynəlxalq tərəfdaşlıqlarını genişləndirməklə ölkənin maliyyə sektorunun qlobal maliyyə bazarları ilə əlaqələrinin inkişafına töhfə verir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı, 48 şöbəsi və 19 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Tarix
2026.11.27 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla