Yuxarı

ADU Çinin bu universiteti ilə memorandum imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU Çinin bu universiteti ilə memorandum imzaladı

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir mühüm işə imza atıb.

ADU-dan Axar.az-a verilən açıqlamada bildirilib ki, noyabrın 26-da Azərbaycan Dillər Universiteti ilə Çin Xalq Respublikasının Sincan Maliyyə və İqtisad Universiteti arasında onlayn formatda qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Memorandum iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin inkişaf etdirilməsi, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

İmzalanma mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla və universitet rəhbərliyi iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında Azərbaycanla Çin arasında münasibətlərin, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb.

Rektor universitetlərarası əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün yeni imkanlar yaradacağını, akademik və elmi əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Sincan Maliyyə və İqtisad Universitetinin rektoru Gao Zhigang çıxışında Azərbaycan Dillər Universiteti ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. O, iki ali təhsil müəssisəsi arasında imzalanan memorandumun akademik əlaqələrin genişləndirilməsi, təhsil və elmi-tədqiqat sahələrində təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar yaradacağını bildirib.

Qeyd edək ki, Sincan Maliyyə və İqtisad Universiteti Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində yerləşir. 1950-ci ildə əsası qoyulan universitet iqtisadiyyat, maliyyə, idarəetmə və digər istiqamətlər üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyəti həyata keçirir.

Universitet bakalavriat və magistratura səviyyələrində müxtəlif təhsil proqramları təklif edir, beynəlxalq akademik əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirir.

Tarix
2026.11.27 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla