Yuxarı

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Xəbər verdiyimiz kimi, dünən UEFA Avropa Liqasının V turu çərçivəsində Batumda keçirilən "Beşiktaş" - "Hapoel Beer Şeva" matçı zamanı türk azarkeşlərlə gürcü polisi arasında gərginlik yaranıb.

Axar.az xəbər verir ki, oyun zamanı “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. Yaranan qarşıdurma zamanı gürcü polisi azarkeşlərə zorakılıq edib, hətta bir polis azarkeşi vəhşicəsinə döyüb. Nəticədə azarkeşlər arasında xəsarət alanlar olub.

Hadisədən dərhal sonra Türkiyə xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə zəng edərək baş vermiş hadisə ilə bağlı müzakirə aparıblar.

Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş”ın prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.

Türkiyə Futbol Federasiyası (TFF), "Trabzonspor", "Fənərbağça" və "Qalatasaray" klubları da bəyanat yayaraq, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə güc tətbiq etməsini kəskin şəkildə pisləyiblər.

Türkiyənin hadisəyə ən yüksək səviyyədə reaksiya verməsinin səbəbi Gürcüstan polisinin azarkeşləri döyməsi, onlara qarşı dəyənəkdən, gözyaşardıcı qazdan istifadə etməsi olub. Azarkeşlər oyun zamanı sadəcə Fələstin bayrağı açmaq istədiklərini bildiriblər. Gürcüstan polisinin isə qeyri-adekvat reaksiyasına azarkeşlərin cavabı stadion və ətrafında xaosa səbəb olub.

Tarix
2026.11.27 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla