Yuxarı

Bakıda 66 min manat maaşlı iş təklif olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 66 min manat maaşlı iş təklif olunur

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Bakıda yeni vakansiya elan edib. Təşkilat "Senior Project Administrative Assistant" (Baş layihə üzrə inzibati assistent) vəzifəsinə işçi axtarır.

Axar.az milli.az-a istinadla xəbər verir ki, vakansiya Azərbaycan və Qazaxıstanda əmək təhlükəsizliyi, əməyin mühafizəsi və əmək müfəttişliyi sistemlərinin gücləndirilməsini nəzərdə tutan layihə çərçivəsində elan olunub.

Seçiləcək namizəd layihənin inzibati və təşkilati işlərinə, tədbirlərin və ezamiyyətlərin planlaşdırılmasına, sənədləşmə prosesinə, büdcə və ödənişlərə nəzarətə, eləcə də hesabatların hazırlanmasına cavabdeh olacaq.

Vəzifə üzrə illik əməkhaqqı 66 181 manat müəyyən edilib. İş müddəti 2027-ci il fevralın 1-dən başlayaraq 16 həftə təşkil edəcək.

Namizədlərdən orta təhsil, inzibati sahə üzrə müvafiq hazırlıq və bu istiqamətdə ən azı 6 illik iş təcrübəsi tələb olunur. Həmçinin rəhbərlik təcrübəsi, Azərbaycan və ingilis dillərini mükəmməl bilmək əsas şərtlərdəndir. Rus dili biliyi isə əlavə üstünlük sayılır.

Bundan başqa, namizədlər Microsoft Word, Excel və PowerPoint proqramlarından istifadə etməyi, maliyyə, satınalma, sənədləşmə və inzibati prosedurları bilməlidirlər. Yüksək iş yükü və məhdud vaxt şəraitində işləmək bacarığı da tələb olunur.

Vakansiya üzrə müraciətlərin qəbulu 11 dekabr 2026-cı il tarixində başa çatacaq. Müraciətlər BƏT-in rəsmi işə qəbul portalı vasitəsilə qəbul edilir.

Qeyd edək ki, xarici ölkə vətəndaşları vakansiyaya müraciət etmək üçün Azərbaycanda qanuni yaşamaq və işləmək hüququna malik olmalıdırlar.

Tarix
2026.11.27 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilir

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla