Yuxarı

Yükdaşımalarla bağlı yeni vergi-gömrük güzəştləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yükdaşımalarla bağlı yeni vergi-gömrük güzəştləri...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, sənədə əsasən, bundan sonra operativ vergi nəzarəti əmtəə təyinatlı yüklərin müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək.

Buna görə malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2%-i qədər maliyyə sanksiyası tətbiq ediləcək.

Bu yeniliklər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.

Bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıma fəaliyyətini həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirlərinin 50 % – 2027-ci il yanvarın 1-dən 3 il müddətində, hüquqi şəxslərin isə həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətində vergidən azad edilir.

Eyni zamanda, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı – 2027-ci il fevralın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən, istehsal tarixindən 7 ildən artıq müddət keçməyən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qoşquların və yarımqoşquların idxalı isə 2027-ci il fevralın 1-dən 3 il müddətinə gömrük rüsumundan azad olunur.

Tarix
2026.11.27 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla