Yuxarı

Bakıda iki böyük prospektin yükü azalacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki böyük prospektin yükü azalacaq - Video

Bakıda pik saatlarda iki böyük prospektin nəqliyyat yükünü azaltmaq məqsədilə onlara paralel inşa edilən avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.

Axar.az "Xəzər TV”yə istinadən xəbər verir ki, Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.

Dövlət Proqramına əsasən, avtomobil yolunun Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi altı hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, ümumi uzunluğu 2,6 km olan qollar, rampalar və yanaşma yolları da layihəyə daxildir.

Avtomobil yolunda ümumi uzunluğu iki min metrdən çox olan dörd tunelin və ümumi uzunluğu 112 metr olan üç yeraltı piyada keçidinin inşası da nəzərdə tutulub. Onlardan bir neçəsinin tikintisi artıq yekunlaşıb.

Layihə çərçivəsində tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda metronun "Ulduz" stansiyasından Həsən Əliyev küçəsi istiqamətində də işlər görülür.

Tikinti-quraşdırma işlərinin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.

Tarix
2026.11.27 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla