Yuxarı

ABŞ-da Şükranlıq Günündə güclü daşqınlar və fırtına...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da Şükranlıq Günündə güclü daşqınlar və fırtına...

ABŞ-ın əksər ərazilərində Şükranlıq Günü bayramı güclü yağış, şiddətli külək və daşqınlarla müşayiət olunur.

Axar.az xəbər verir ki, ölkənin şərq sahillərində güclü fırtına səbəbindən Nyu-Yorkda keçirilməsi nəzərdə tutulan 100-cü ənənəvi bayram paradı noyabrın 28-nə təxirə salınıb. Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib.

ABŞ Milli Meteorologiya Xidməti ölkənin şərqində küləyin sürətinin saatda 80 kilometrə və daha yüksək həddə çatacağı barədə xəbərdarlıq edib. Missuri və İllinoys ştatlarının bəzi ərazilərində qar örtüyünün qalınlığının 33 santimetrə çatacağı proqnozlaşdırılır.

Ölkənin qərbində isə Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının sahilyanı ərazilərində daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Noyabrın 26-da yerli vaxtla səhər saatlarına olan məlumata görə, ABŞ-da 400-ə yaxın aviareys gecikib, 360 reys isə ləğv edilib. Ötən gün 6500-dən çox aviareysdə gecikmə qeydə alınıb.

Amerika Avtomobil Assosiasiyasının hesablamalarına əsasən, bayram həftəsində 81,5 milyon amerikalının səyahət edəcəyi gözlənilir.

Tarix
2026.11.26 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla