Yuxarı

Azərbaycan və AB nəqliyyat sahəsində əməkdaşlığı müzakirə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və AB nəqliyyat sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Avropa Birliyi (AB) arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Bu barədə Axar.az-a AB-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 26-da Bakıda Avropa Komissiyası ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib.

Görüşə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska həmsədrlik ediblər.

Dialoq AB-Azərbaycan münasibətlərində əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edib.

Görüşün Avropa ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirən və AB-nin Qara dəniz regionuna dair Strateji Yanaşmasının əsas təşəbbüslərindən biri olan Regionlararası Bağlantı Gündəliyinə töhfə verdiyi qeyd olunub.

Dialoq çərçivəsində nəqliyyatın bütün sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Xüsusilə regional bağlantılar və aviasiya əlaqələrinə diqqət yetirilib.

Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhliz üzərində strateji körpü rolunu oynadığı vurğulanıb.

Regional bağlantılarla bağlı müzakirələrdə dəhlizin prioritet infrastruktur layihələrinin, o cümlədən Bakı Limanının və Naxçıvan dəmir yolunun inkişafı istiqamətində əldə olunan irəliləyiş nəzərdən keçirilib.

Tərəflər regionda baş verən son dəyişiklikləri və yeni bağlantı təşəbbüslərini nəzərə almaqla, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Azərbaycanı əhatə edən xəritəsinin mümkün yenilənməsinin araşdırılmasının zəruriliyi barədə razılığa gəliblər.

Aviasiya sahəsində isə AB-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqların hazırkı vəziyyəti və sənədin yekunlaşdırılması üçün atılmalı olan növbəti addımlar müzakirə edilib.

Görüşdə həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, dayanıqlı aviasiya yanacaqlarından istifadə və dəmir yolu sistemlərinin qarşılıqlı uyğunluğu məsələlərinə toxunulub.

Dialoqun yekununda tərəflər daha səmərəli, dayanıqlı və davamlı Orta Dəhlizin inkişafı naminə AB-Azərbaycan nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Növbəti mərhələdə müzakirə olunacaq məsələlər üzrə müntəzəm fikir mübadiləsinin intensivləşdirilməsi, xüsusilə TEN-T şəbəkəsinin Azərbaycan üzrə genişləndirilməsi ilə bağlı texniki səviyyədə işlərin davam etdirilməsi və AB-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında

Sazişin yekunlaşdırılması istiqamətində səylərin artırılması barədə razılıq əldə olunub.

Növbəti Yüksək Səviyyəli Nəqliyyat Dialoqu 2027-ci ildə Brüsseldə keçiriləcək. Görüş zamanı əməkdaşlığın bütün istiqamətləri üzrə əldə olunan nəticələr nəzərdən keçiriləcək.

Tarix
2026.11.26 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla