Yuxarı

“Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qubadlı” diviziyasına Döyüş Bayrağı təqdim edildi - Video

Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.

Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilib, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev doğma torpaqlarımızın keşiyində dayanmağın, şəhidlərimizin müqəddəs amallarına sadiq qalmağın və dövlət sərhədlərimizin toxunulmazlığını təmin etməyin hər bir sərhədçinin müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulayıb.

Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayraqlarını hərbi hissələrin rəhbərlərinə təqdim edib.

Döyüş Bayrağının hərbi kollektivin birliyini, döyüş ənənələrini və Vətən qarşısındakı məsuliyyətini təcəssüm etdirdiyi qeyd olunub, diviziyanın şəxsi heyətinin bu müqəddəs rəmzi daim uca tutacağına, xidməti-döyüş tapşırıqlarını əzmlə və şərəflə yerinə yetirəcəyinə əminlik ifadə edilib.

Tarix
2026.11.26 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla