Yuxarı

Simonyan Qarabağdan gedən ermənilərə sərt cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan Qarabağdan gedən ermənilərə sərt cavab verdi

Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirən Qarabağ erməniləri Təhlükəsizlik Şurasının katibi Alen Simonyanı gördükdə ona: “Cənab Simonyan, “arsax” Ermənistandır və nöqtə”, – deyə bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Simonyan isə: “Mən də sizi çox sevirəm. Bəs siz burada nə edirsiniz?” – deyə cavab verib.

“Siz “arsax”a xəyanət etmisiniz, məhz buna görə buradayıq”, – etirazçılardan biri Simonyana bildirib.

Jurnalistin Qarabağ ermənilərinin doğum yeri kimi pasportlarında Azərbaycan qeyd olunmasına etiraz etdiklərini bildirməsinə cavab olaraq, Simonyan belə deyib: “Bəs onlar harada doğulublar? Onlar dünyaya gələndə “arsax” adlı dövlət mövcud idimi?”

Həmin şəxslərin vaxtilə “arsax”da yaşaması ilə bağlı sualı Simonyan bu şəkildə cavablandırıb: “Bəli, bəs nə olsun? Mən də Rusiyada və Fransada yaşamışam. Bu, insanın istəyinə uyğun olaraq qeyd edilmir. Əgər bu insanlar Azərbaycanda doğulublarsa, onda nə yazılmalıdır? Hansı ölkənin pasportunda bu məlumat başqa cür göstərilir? Onlar orada doğulublarsa, bəs nə yazılmalıdır? “Arsax”ı özləri buraxıblar. Üstəlik, onlar “arsax” mövcud olduğu dövrdə doğulmayıblar. Bu nə emosiyalardır? Onda qoy pasportda həm də xristian olduğu və çox yaxşı insan olduğu yazılsın. Bu, emosiyalara təsir etməyin hansı yeni üsuludur? Bəs onların pasportlarında nə yazılıb? Amerikaya və ya Avropaya gedib orada pasport alanda sənədlərində nə qeyd olunur? Bu, yeni mövzudur, deyəsən, artıq başqa mövzu qalmayıb”.

Tarix
2026.11.26 / 14:43
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla