Yuxarı

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxış edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, çıxışda Çin Xalq Respublikasının Sədri Si Szinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü Azərbaycanın ilk dəstəkləyən ölkələrdən biri olduğu bildirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, təşəbbüs çərçivəsində ölkə daxilində və xaricdə yatırılan sərmayənin həcminə görə Azərbaycanın Çindən sonra ikinci yerdə olduğu diqqətə çatdırılıb. Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı qeyd olunub.

“Liderlərimizin siyasi iradəsi ilə münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımızın genişlənməsini və təmiz enerji sahəsində birgə layihələrin inkişafını dəstəkləyir. Çin şirkətləri ilə quruda günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bu yaxınlarda günəş elektrik stansiyasının istifadəyə verilməsi və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılması bu siyasətin konkret nəticələridir”, - deyə nazir əlavə edib.

Bağlantıların strateji resursa çevrildiyi dövrdə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsinin Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirmək olduğu bildirilib. Bu dəhlizlərin yaradılmasında Çin şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu dəhlizlər müasir İpək Yolu boyunca yaşıl enerji qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır.

Çıxışda Birgə Nazirlər Bəyanatının enerji təhlükəsizliyi və enerji keçidinin paralel irəlilədilməsi, transsərhəd infrastruktura investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi üzrə məqsədlərinə də toxunulub.

Tarix
2026.11.26 / 10:52
Müəllif
Axar.az
Digər xəbərlər

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla