Ukrayna böhranı proksi müharibəyə çevrilir - Kuşner
08:00
| Ana səhifə Planet |
|
Ukrayna böhranı Avropa ilə Rusiya arasında vasitəçilik (proksi) müharibəsinə çevrilib.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner deyib.
"Biz çox təhlükəli bir dövrdə yaşayırıq, bu müharibə müəyyən mənada Ukrayna ilə məhdudlaşır, lakin əslində Avropanın Ukraynanı Rusiyaya qarşı maliyyələşdirdiyi və silahlandırdığı vasitəçilik müharibəsinə çevrilib. Hətta kiçik bir səhv hesablama belə böyük bir eskalasiya üçün kifayət edərdi", - deyə o bildirib.
Kuşnerin sözlərinə görə, müharibədən sonra əsas diqqət təhlükəsizlik arxitekturasına yönəlməlidir.
|
Tarix
2026.11.26 / 08:00
|
Müəllif
Axar.az
|