Yuxarı

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

“Kiyevskaya ploşad” şirkətlər qrupunun həmsahibi Qod Nisanov Moskva meri Sergey Sobyaninə Kremlin 500 metrliyində “Zaryadye” parkının yaxınlığında yerləşən yeni beşulduzlu “Rossiya” mehmanxana kompleksini təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Nisanov layihənin investoru qismində çıxış edib.

Yenidənqurma işləri zamanı binaların tarixi görkəmi bərpa olunub, inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri qorunub saxlanılıb. Layihə çərçivəsində bərpa edilən tikililər xarici nümayəndə heyətlərinin, işgüzar səfərdə olan şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulan vahid otel kompleksində birləşdirilib. Kompleksin əsas hissələrindən biri də 500 nəfərədək iştirakçı tutumuna malik konqres mərkəzi olacaq. Mehmanxana kompleksinin ümumi sahəsi 64 min kvadratmetrdir. Burada 151 nömrə, spa mərkəzi, klinika, həmçinin 25 metrlik hovuzu olan fitnes klubu fəaliyyət göstərəcək.

Tarix
2026.11.26 / 10:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla