Yuxarı

ÇL: Pokatilov məşhur qapıçıları geridə qoydu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÇL: Pokatilov məşhur qapıçıları geridə qoydu

"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən futbolçu olub.

Axar.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı qolkiper beş oyuna 31 seyvlə yadda qalıb.

Belçikanın "Brügge" klubunun qapıçısı Yan Zommer 28 qurtarışla ikinci, Portuqaliya təmsilçisi "Portu"nun qolkiperi Dioqo Koşta isə 26 seyvlə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının V turunda Bakıda İspaniyanın "Barselona" klubuna 1:4 hesabı ilə uduzub.

Azərbaycan çempionu daha əvvəl İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Borussiya Dortmund" və Norveçin "Vikinq" klublarına uduzub. Təmsilçimiz yalnız Çexiyanın "Slaviya" komandasına qalib gəlib (2:0).

"Sabah" növbəti oyununu dekabrın 8-də səfərdə İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcək.

Tarix
2026.11.26 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla