Yuxarı

Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - Video

Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi evlərin sökülməsi planlaşdırılır.

Axar.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, sökülməsi nəzərdə tutulan evlər Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçələrinin kəsişməsində yerləşir. Həmin evlərin üzərinə nömrələr vurulub.

Sakinlərdən biri evlərin çıxarışının olduğunu bildirib. Onun sözlərinə görə, ərazidə evlərin hər kvadratmetrinə görə 2500–3000 manat kompensasiya veriləcəyi deyilir. Kompensasiyanın məbləği hələ rəsmən açıqlanmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək yol üzrə işlərə Ağ Şəhər tərəfdən başlanılıb. İlkin mərhələdə kommunikasiya xətləri köçürülür. Bu işlər başa çatdıqdan sonra yolun tikintisinə keçiləcək.

Agentliyin məlumatına görə, söküntü və kompensasiya ilə bağlı detallar layihənin növbəti mərhələsində dəqiqləşəcək.

Layihə Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Tarix
2026.11.26 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla