Simonyan Qarabağdan gedən ermənilərə sərt cavab verdi
14:43
| Ana səhifə Gündəm |
|
Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə Tiktok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə görüntülər yayılıb.
Axar.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi APA-ya bildirib ki, görüntülərin çəkildiyi vaxt və məkan dəqiq olmadığından bu barədə fikir bildirmək mümkün deyil.
Bununla belə, səfirlikdən onu da bildiriblər ki, hərbi təcavüzə qarşı özünü müdafiə edən ölkə kimi İranın zəruri hazırlıq tədbirləri görməsi tamamilə təbiidir.
Səfirlik hər hansı əsassız xəbər və materialların yayılmasından, eləcə də onların iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirəcək şəkildə şərh olunmasından çəkinməyi tövsiyə edib.
|
Tarix
2026.11.26 / 14:31
|
Müəllif
Axar.az
|